ABŞ Prezidenti Donald Tramp bir qrup demokrat konqresmeni “xain” adlandırıb.
“İki sahil” xəbər verir ki, dövlət başçısı bu barədə sosial şəbəkədə paylaşım edərək onları ABŞ ordusunu öz əmrlərinə tabe olmamağa çağırmaqda ittiham edib.
“Zabitlərə mənim əmrlərimi yerinə yetirməməyi tövsiyə edən bu xainlər dərhal həbs olunmalıdır. Bu, ən yüksək səviyyədə üsyana təhrik etməkdir”, – Tramp yazıb.
O, bildirib ki, “üsyana təhrik” ağır cinayət hesab olunur və hüquq sahəsində çalışan çoxsaylı ekspertlərin də onunla eyni fikirdə olduğunu əlavə edib.
Qeyd edək ki, Trampın ittiham etdiyi demokrat konqresmenlərin bir neçəsi keçmiş hərbçi və ya xüsusi xidmət orqanlarının sabiq əməkdaşlarıdır.
Trampın Sülh Planında dondurulmuş Rusiya aktivləri ilə bağlı bəndi ləğv edilib?
Azərbaycan, Braziliya və Türkiyə qlobal iqlim təşəbbüsü GIA-ya rəhbərlik edəcək