25 noyabr 2025 09:17
110

“Qarabağ” səfərdə “Napoli” ilə üz-üzə 

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində 5-ci tura start veriləcək. 

“İki sahil” xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” da bu gün meydana çıxacaq. Ağdam təmsilçisi səfərdə “Napoli”nin qonağı olacaq. 

Matçı tanınmış polşalı referi Şimon Marçinyak idarə edəcək. 

4 turdan sonra “Qarabağ” turnir cədvəlində 7 xalla 36 komanda arasında 15-ci pillədə qərarlaşıb. Qurban Qurbanovun komandası “Benfika” (3:2) və “Kopenhagen”i (2:0) məğlub edib, “Çelsi” ilə bərabərə (2:2) qalıb və yalnız “Atletik”ə uduzub (1:3). 

“Napoli” isə 4 oyundan 4 xal toplayıb və turnir cədvəlində 24-cü yeri tutur. Neapol təmsilçisi səfərdə “Mançester Siti”yə 0:2, PSV-yə 2:6 hesabı ilə uduzub. Öz meydanında isə “Sportinq”ə 2:1 hesabı ilə qalib gəlib və “Ayntraxt”la qolsuz bərabərliyə razılaşıb. 

UEFA Çempionlar Liqası

Liqa mərhələsi, V tur

26 noyabr

00:00. “Napoli” (İtaliya) - “Qarabağ” (Azərbaycan)
Hakimlər: Şimon Marçinyak, Adam Kupsik, Tomaş Listkeviç, Voytsex Mlts (Polşa)
VAR: Pol van Bukel (Niderland)
AVAR: İvan Bebek (Xorvatiya)
Neapol, “Stadio Diego Armando Maradona”