25 noyabr 2025 10:47
85

Yüksək Liqada IV turun növbəti oyunu keçiriləcək

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IV turun növbəti oyunu keçiriləcək.

“İki sahil” xəbər verir ki, "Murov Az Terminal" UNEC ilə üz-üzə gələcək.

Qarşılaşma "Murov Az Terminal"ın idman zalında, saat 17:00-da start götürəcək.

Qeyd edək ki, turun ötən gün baş tutan matçında "Milli Aviasiya Akademiyası" "Azərreyl"ə qalib gəlib - 3:2. Tura noyabrın 26-da yekun vurulacaq.