25 noyabr 2025 14:08
80

TDT-yə üzv ölkələrin QHT-lərinin həmrəylik forumu işini Naxçıvanda davam etdirir

Ötən gün Bakı TDT-yə üzv ölkələrin QHT-lərinin həmrəylik forumuna ev sahibliyi edib.

“İki sahil” xəbər verir ki, forum işini noyabrın 25-də Naxçıvan şəhərində davam etdirir.

Forum iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Forum çərçivəsində rəsmi çıxışlar olacaq, TDT-yə üzv ölkələrin QHT-lərinin Platforması təsis ediləcək, “WUF13-ə doğru - Türk dünyasında ilk” mövzusunda panel müzakirə keçiriləcək.

Qeyd edək ki, TDT-yə üzv ölkələrin QHT-lərinin Platformasına rəhbərliyi Azərbaycan edəcək və 8 ölkənin QHT-lərini birləşdirəcək.