25 noyabr 2025 14:13
89

Mbappe mükafatlandırıldı

"Real"ın futbolçusu Kilian Mbappeyə Piçiçi Kuboku təqdim olunub.

“İki sahil” xəbər verir ki, kubok 26 yaşlı hücumçuya "Marca"nın təşkil etdiyi mükafatlandırma mərasimində verilib.

Mbappenin mükafatlandırılmasına səbəb isə onun ötən mövsüm La Liqanın bombardiri olmasıdır. Fransalı forvard 2024/25 mövsümündə 34 matçda 31 qol vurub.

Mbappe bu mövsüm isə La Liqada 13 matçda 13 dəfə qapını dəqiq nişan almağı bacarıb. O, hazırda bombardirlər sıralamasına liderlik edir.