Bir vaxtlar köçkün həyatının çətinliklərini yaşamışıq, indi isə çox şükür ki, bu günlər arxada qaldı, o ağır dövr sona çatdı.
“İki sahil” xəbər verir ki, bu sözləri Kəlbəcər şəhərinə geri qayıdan keçmiş məcburi köçkün Mahmud Ələsgərov söyləyib.
O, şəhidlərimizi dərin ehtiramla anıb, qazilərimizə cansağlığı arzulayıb.
"Prezident İlham Əliyevə təşəkkür edirik ki, bizi yenidən doğma vətənimizə qovuşdurdu. Bu günlər bizim üçün ən sevincli, ən qürurlu günlərdir. Artıq doğma yurdumuzda daha rahat, daha firavan və daha təhlükəsiz həyat sürəcəyik. Vətənimizə qayıtmaq bizə böyük sevinc və ümid bəxş edir",- deyə məcburi köçkün vurğulayıb.
Keçmişi xatırlayanda ağır günlər yada düşdüyünü deyən M.Ələsgərov bildirib ki, qarlı-boranlı aşırımlardan, çətin yollarla, acınacaqlı vəziyyətdə gəldiyimiz günlər göz önünə gəlir.