26 noyabr 2025 09:09
72

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 29 və 30 noyabr tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.

“İki sahil” yazır ki, bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, sərnişinlər, eyni zamanda, bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər edə bilərlər.

Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə etmək olar.