Sumqayıt şəhərində 8500 abonentin qaz təchizatında müvəqqəti fasilə olacaq.
“İki sahil” xəbər verir ki, "Azəriqaz" İB Sumqayıt QİS-dən verilən məlumata görə, şəhərin 9, 10, 11, 12, 17 və 18-ci mikrorayonlarının bir hissəsində yerləşən D150 mm-lik orta təzyiqli yeraltı qaz xəttində aşkar edilmiş sızmanın aradan qaldırılması ilə əlaqədar həmin ərazilərdə yaşayan 8500 abonentin qaz təchizatı bu gün saat 14:00-dan etibarən müvəqqəti dayandırılacaq.
Qazın verilişi işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.