Bakıda noyabrın 24-də "AFEN Plaza"da partlayış baş verən obyektdə xəsarət alan şəxsin vəziyyəti pisləşib, o Neyrocərrahiyyə şöbəsinə yerləşdirilib.
“İki sahil” xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, hazırda şəxsin vəziyyəti stabil olaraq qiymətləndirilir.
"Obyektdə partlayış baş verməsi səbəbilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan beş nəfərdən (ikisi kişi, üçü qadın) üç nəfərə zəruri tibbi yardım göstərildikən sonra ambulator müalicə üçün evə buraxılıblar. Bir nəfər isə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə edilib. Müalicəsi tibb müəssisəsində davam etdirilən şəxsin vəziyyəti orta ağır olaraq qiymətləndirilir".
Xatırladaq ki, noyabrın 24-ü saat 09:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində obyektdə partlayış baş verib. Nəticədə beş nəfər xəsarət alaraq Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Onlardan bir kişi termiki yanıq, dörd nəfərə isə (biri kişi, üçü qadın) bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnozu təyin olunub.