“SOCAR Hackathon 2025”ə qeydiyyat başladı!
13–14 dekabr 2025-ci il tarixlərində SOCAR-ın Bakı Ali Neft Məktəbində “SOCAR Hackathon 2025” tədbiri keçiriləcəkdir.
Hakatonun məqsədi SOCAR-ın innovasiya gündəliyinə uyğun süni intellekt və məlumat mühəndisliyi üzrə yeni texnoloji həllər hazırlamaq, həmçinin gəncləri yaradıcı, praktiki həllər üzərində işləməyə təşviq etməkdir.
Hakaton iki istiqamət üzrə keçiriləcək:
1️⃣ Süni İntellekt Mühəndisliyi (AI Engineering): Əl yazısı məlumatlarının emalı
2️⃣ Məlumat Mühəndisliyi (Data Engineering): Seysmik məlumatların bərpası
* İştirakçılar komandalar şəklində (ən çox 3 nəfər) müraciət edə bilərlər.
İlkin seçim mərhələsində komandaların motivasiya məktubu, CV-ləri və texniki bacarıqları nəzərə alınacaq.
* Seçilmiş komandalar 48 saat ərzində SOCAR-ın təqdim etdiyi real məlumat bazaları üzərində işləyərək texnoloji həllər hazırlayacaqlar.
Mükafat fondu (hər istiqamət üzrə):
1-ci yer – 4000 AZN
2-ci yer – 2000 AZN
3-cü yer – 1000 AZN
Qeydiyyat üçün: https://forms.gle/gW42pPctvkFVQfKm7
Son müraciət tarixi: 07 dekabr 2025-ci il, saat 23:59-a qədər
Məkan: Bakı Ali Neft Məktəbi kampusu, Bakı şəhəri, Bibiheybət qəsəbəsi, Yeni Salyan yolu 3-cü km, 25