Gələn il Azərbaycanda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) zamanı ölkəyə 25 mindən çox iştirakçının gələcəyi gözlənilir.
“İki sahil” xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini, WUF13-ün Milli kordinatorunun müavini Gülşən Rzayeva dekabrın 3-də Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclasında deyib. Onun sözlərinə görə, tədbirdə həm yerli, həm də xarici qonaqların iştirakı proqnozlaşdırılır:
"Ümumilikdə regional təmsilçilik çox rəngarəngdir. Biz ümid edirik ki, bu dəfə də regionumuzun ölkələri forumda aktiv iştirak edəcəklər".
Türkiyənin vitse-prezidenti: Ölkə əhalisinin sayı 100 milyon nəfərə çatmaya bilər