03 dekabr 2025 11:56
114

“Mançester Siti” 4 qol buraxdığı oyunda qələbə qazanıb

İngiltərə Premyer Liqasının XIV turunda “Fulhem”i məğlub edən ( 5:4) “Mançester Siti” 1957-ci ildən bəri ilk dəfə 4 qol buraxdığı oyunda qalib gəlib.

"İki sahil" Opta-ya istinadən xəbər verir ki, “şəhərlilər” belə nəticəyə sonuncu dəfə 68 il əvvəl “Şeffild Uensdey” üzərində 5:4 hesablı qələbə ilə nail olub. Hazırda “Fulhem” 17 xalla turnir cədvəlində 15-ci pillədə qərarlaşıb. Xallarını 28-ə çatdıran “Mançester Siti” isə 2-ci yerdədir.

İngiltərə çempionatına bir oyun az keçirən və 30 xalı olan “Arsenal” başçılıq edir.