"Karvan-Yevlax" komandası "Qarabağ"ı yaxşı təhlil edib.
“İki sahil” xəbər verir ki, bunu "Qarabağ"ın məşqçisi Qurban Qurbanov "Karvan-Yevlax"a qarşı Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunundan sonra mətbuat konfransında bildirib.
"Futbolçularımı qələbəyə görə təbrik edirəm. Həqiqətən intizamlı oyun nümayiş etdirdik. Bu cür qarşılaşmalarda səbir nümayiş etdirmək lazımdır. Bu rəqibə qarşı 4 gün əvvəl də mübarizə aparmışdıq. Görünən odur ki, "Karvan-Yevlax" bizi yaxşı təhlil edib. 80 dəqiqə onların qapısına qol vura bilmədik. İmkanlarımız var idi, dəqiqlik çatmadı. Belə oyunlar bəzən futbolçular üçün böyük fayda verir. Rəqib səni yaxşı tanıyır və oynamaq imkanı vermir. Azarkeşlərimizə təşəkkür edirəm. "Karvan-Yevlax"a və Füzili Məmmədova uğurlar arzulayıram"
Qeyd edək ki, "Qarabağ" - "Karvan-Yevlax" oyunu "köhlən atlar"ın 3:0 hesablı qələbəsi ilə bitib. Ağdam kollektivi 1/4 finalda "Şamaxı" ilə üz-üzə gələcək.
AFFA tərəfindən I Liqada çıxış edən klubların rəsmiləri ilə onlayn görüş keçirilib
"Formula 1": 2026-cı ildə Bakıda keçiriləcək yarışın biletləri satışa çıxarılıb