Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu təşkil olunub.
“İki sahil” xəbər verir ki, forum Gənclər və İdman Nazirliyinin, eləcə də Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə keçirilir.
Forumda nazirlik nümayəndələri, 3 mindən çox könüllü gənc və media nümayəndələri iştirak edir.
Tədbirin gedişatında "Azərbaycan Könüllü Təşkilatları İttifaqının 2025-ci il hesabatı" video-çarxı nümayiş etdiriləcək. Sonra isə 2025-ci il üzrə ilin könüllülərinin mükafatlandırılması baş tutacaq.
Qeyd edək ki, 1985-ci ildə BMT Baş Assambleyası tərəfindən 5 Dekabr tarixinin Beynəlxalq Könüllülər Günü elan edilməsi ilə əlaqədar artıq 7 ildir Azərbaycanda hər ilin dekabr ayında "Azərbaycan Könüllülük Həftəsi" layihəsi həyata keçirilir.
Bu il də dekabrın 4-17-də davam edəcək növbəti "Azərbaycan Könüllülük Həftəsi" təşkil olunub.
Laçın və Kəlbəcərdəki meşə yanğınlarının söndürülməsi üçün helikopter cəlb edilib
Azərbaycanda könüllülük fəaliyyətində qadınlar kişilərə nisbətən daha aktivdirlər