06 dekabr 2025 00:57
163

Rusiya Ukraynanın itkilərini açıqladı - 1381-ci gün

Rusiya müharibənin 1381-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 668 təyyarəsi, 283 helikopteri, 100 422 PUA-sı, 638 zenit-raket kompleksi, 26 387 tank və digər zirehli texnikası, 1 626 reaktiv yaylım atəş sistemi, 31 723 artilleriya və minaatanı, 48 391 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.