06 dekabr 2025 11:40
103

Yalçın Rəfiyev: Bu tədbir ideyalarımızın reallaşması üçün ideal fürsətdir

Bakıda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində üç istiqamət üzrə yeni mərkəzlər açılacaq.

“İki sahil” xəbər verir ki,  bunu Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev D-8 Gənclər Dialoqunun açılışında çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu mərkəzlər D-8 təşkilatı çərçivəsində daha sıx əməkdaşlıq etmək məqsədi daşıyır: "Həmin mərkəzlər iqlim, media və nəqliyyat sahəsi üzrə fəaliyyət göstərəcək. Bunlar hamısı Azərbaycanın D-8 təşkilatına töhfəsidir. Bizim atdığımız addımlar ölkəmizin təşkilat çərçivəsində necə aktiv iştirak etdiyini göstərir". Nazir müavini həmçinin bildirib ki, D-8 Gənclər Dialoqu 350 milyon gəncin Bakıda təmsil olunması deməkdir:

"Gənclərin təşəbbüsləri gələcəyimizi formalaşdıracaq. Bu tədbir ideyalarımızın reallaşması üçün ideal fürsətdir".