06 dekabr 2025 20:32
60

"Moldelectrica" Rumıniyadan fövqəladə yardım istəyib

Moldovanın enerji şəbəkəsi operatoru "Moldelectrica" şənbə günü Ukraynanın enerji infrastrukturuna Rusiya tərəfindən endirilən zərbələr nəticəsində fövqəladə vəziyyətin yarandığını bildirib.

“İki sahil”in Ukrayna KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə şirkətin açıqlamasında qeyd olunub. Məlumata görə, Ukraynanın enerji sisteminə hücumlar nəticəsində regionda mühüm enerji bloku sıradan çıxıb, interkonnektor xətləri isə maksimum yüklənmə vəziyyətindədir.

"Moldelectrica" ehtiyat tədbiri olaraq Rumıniyadan fövqəladə yardım istəyib. Bu, elektrik enerjisi sisteminin təhlükəsiz fəaliyyətini təmin edəcək və mümkün yüklənmələrin qarşısını alacaq", – açıqlamada vurğulanıb.

Şənbə gecəsi Rusiya ordusu raket və dronlarla bir neçə Ukrayna şəhərinə genişmiqyaslı hücum həyata keçirib. Partlayışlar, xüsusən Poltava, Lutsk, Odessa, Zaporojye və Belaya Çerkovda eşidilib.