Misirin xarici işlər naziri Bədr Abdel Ati Qəzzada atəşkəsə nəzarət üçün tezliklə beynəlxalq qüvvələrin yerləşdirilməsinin vacibliyini vurğulayıb.
“İki sahil” xarici KİV-ə istinadən xəbər verir ki, nazir bu çağırışı Dohada keçirilən forumda səsləndirib. Nazirin sözlərinə görə, anklavda atəşkəs rejimi hər gün pozulur: "Biz mümkün qədər tez beynəlxalq sabitləşdirici qüvvələri yerləşdirməliyik, çünki tərəflərdən biri – İsrail hər gün atəşkəsi pozur. Buna görə də müşahidəçilərə ehtiyac var".
Abdel Ati qüvvələrin Qəzzada "sarı xətt" bufer zonası boyunca yerləşdirilməsini təklif edib ki, HƏMAS və İsrail arasında atəşkəsin təsdiqi mümkün olsun.
Bundan əvvəl BMT Təhlükəsizlik Şurası ABŞ tərəfindən təqdim olunan qətnaməni dəstəkləyib. Qətnamə ABŞ Prezidenti Donald Trampın Qəzzadakı vəziyyətin həlli ilə bağlı hərtərəfli planını dəstəkləyir. Şuranın 15 üzvündən 13-ü lehinə səs verib. ABŞ-nin planına görə, Qəzza sektorunda müvəqqəti beynəlxalq idarəetmə qurulmalı və Trampın rəhbərliyi altında "sülh şurası" yaradılmalıdır. Həmçinin İsrail və Misirlə koordinasiyalı şəkildə yerləşdiriləcək beynəlxalq sabitləşdirici qüvvələrə mandat verilməsi nəzərdə tutulur.
Suriyada prezident seçkiləri yeni konstitusiyaya əsasən dörd ildən sonra keçiriləcək.
İsrailin demilitarizasiya zonası yaratmaq tələbləri Suriyanı təhlükəli vəziyyətə salır
Ukrayna ordusu Rusiyanın Ryazan neft emalı zavodunun infrastrukturuna zərbə endirib