06 dekabr 2025 22:47
108

Zelenski: Tərəflər ABŞ ilə dialoq formatları və növbəti addımlar barədə razılığa gəliblər

Ukrayna lideri Volodimir Zelenski ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni, iş adamı Cared Kuşnerlə telefon danışığı aparıb.

“İki sahil” xəbər verir ki, Zelenski bu barədə "Telegram" kanalında yazıb. O qeyd edib ki, telefon danışığında Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey İqnatov və Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov da iştirak edib.

Zelenskinin sözlərinə görə, tərəflər ABŞ ilə dialoq formatları və növbəti addımlar barədə razılığa gəliblər: "Rüstəm Umerov və general İqnatovdan ətraflı hesabat gözləyirəm. Telefonla hər şeyi müzakirə edə bilmirik, buna görə komandalarla ideyalar və təkliflər üzərində detallı işləmək lazımdır".

Hazırda Umerov və İqnatov Vaşinqtonun təklif etdiyi Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həlli planını müzakirə etmək üçün ABŞ-də səfərdədirlər.