07 dekabr 2025 00:02
80

Almaniya Kansleri Merts ilk dəfə İsraildə rəsmi səfərdədir

Almaniya Kansleri Fridrix Merts ilk dəfə İsrailə rəsmi səfərə gəlib.

“İki sahil”in "The Times of Israel"ə istinadən məlumatına görə, onu Ben-Qurion Hava Limanında İsrailin xarici işlər naziri Qideon Saar qarşılayıb."Mertsi İsrailə kansler qismində ilk səfəri zamanı salamlamaqdan məmnun oldum. İki ölkə arasındakı əlaqələr pozitiv istiqamətdə inkişaf edir", – deyə Saarın ofisinin yaydığı açıqlamada bildirilir.

Saar Almaniyanın İsrailə göstərdiyi dəstəyi, xüsusilə də ötən ay qəbul edilən və avqustda tətbiq olunmuş silah embarqosunun qismən ləğvi barədə qərarı yüksək qiymətləndirib. "Almaniya bizim dəyərli dostumuz və tərəfdaşımızdır. Əminəm ki, kanslerin səfəri ölkələrimiz arasındakı xüsusi münasibətlərin möhkəmlənməsinə xidmət edəcək", – İsrail XİN rəhbəri bəyan edib.

İki günlük səfər çərçivəsində Merts İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşəcək. Tərəflər Qəzza sektorunda atəşkəs və digər regional məsələləri müzakirə edəcəklər.