07 dekabr 2025 00:51
91

Ronaldu Trampa zəng edib

Portuqaliyalı futbolçu Kriştianu Ronaldu ABŞ Prezidenti Donald Trampa zəng edərək Ağ Evə ekskursiya üçün ona təşəkkürünü bildirib.

“İki sahil”in məlumatına görə, bu barədə Amerika lideri "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb. Tramp qeyd edib ki, Ronaldu şəxsən ona zəng vuraraq qonaqpərvərlik üçün təşəkkür edib. Futbolçu noyabrın ortalarında nişanlısı Corcina Rodriqeslə birlikdə Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanın şərəfinə təşkil olunan rəsmi şam yeməyi çərçivəsində Ağ Evi ziyarət etmişdi.

"Necə inanılmaz bir insandır, təkcə idmançı kimi deyil, həm də insan olaraq. Daha yaxşısı ola bilməz", – Tramp yazıb.