07 dekabr 2025 21:32
124

ABŞ Misir və İsrail liderləri arasında görüş təşkil etmək niyyətindədir

ABŞ Qəzza zolağında müharibə başlayandan bəri əlaqə qurmayan İsrailin Baş naziri Binyamin Netanyahu ilə Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi arasında görüş təşkil etməyi düşünür.

“İki sahil” xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən "Axios" məlumat yayıb. Qeyd olunub ki, Vaşinqton Netanyahunun Misirlə strateji qaz sazişini təsdiqləyəcəyini və Əs-Sisini görüşə razı salmaq üçün əlavə addımlar atacağını gözləyir.

Məqalədə deyilir: "Bu vacibdir, çünki ABŞ iqtisadi diplomatiya vasitəsilə İsrail və ərəb ölkələri arasında münasibətləri yaxşılaşdırmağa çalışır".