Mikayıl Yusifov Orta və Qərbi Asiyadan Cənub-Şərqi Avropa və Şimali Afrikaya qədər uzanan geniş coğrafiyada enerji təhlükəsizliyi, yeni tərəfdaşlıq imkanları və regional perspektivlərin dəyərləndirildiyi “Qərbi Asiyadan Şərqi Avropaya və daha irəli: Regional LNG bazarının genişlənmə planları” adlı paneldə spiker qismində çıxış edib.

Bundan əlavə, Mikayıl Yusifov qlobal LNG bazarlarında sürətlə artan təklifin yaratdığı tarazlaşdırma ehtiyaclarının müzakirə olunduğu “Sürətli təklif artımı dövründə qlobal LNG bazarlarının balanslaşdırılması” mövzusunda keçirilən dəyirmi masa sessiyasında iştirak edərək sənaye nümayəndələri ilə fikir mübadiləsi aparıb.
Panel və dəyirmi masa müzakirələrində Azərbaycan və Türkiyənin mövcud və planlaşdırılan enerji infrastrukturlarının yaratdığı çeviklik, bu infrastrukturun Avropa enerji bazarındakı strateji rolu, eləcə də Türkiyənin regional qaz mərkəzinə çevrilməsi hədəfini gücləndirən amillər diqqətə çatdırılıb. Mütəxəssislər, həmçinin ikitərəfli əməkdaşlıqlar, yeni ticarət imkanları və kritik infrastruktur bağlantılarının inkişafına dair vacib qiymətləndirmələr aparıblar.
Orxan Vahidoğlu, “İki sahil”