Qazaxıstan Rusiya ərazisində yerləşən Xəzər Boru Kəməri Konsorsiumunun (KTK) infrastrukturuna edilən hücumla bağlı Ukrayna ilə əlaqəni davam etdirəcək. Lakin ölkənin Xarici İşlər Nazirliyi bu mövzunu ictimai şəkildə şərh etməyi planlaşdırmır.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, bunu XİN-in rəsmi nümayəndəsi Aibek Smadıyarov bildirib.
Onun sözlərinə görə, Qazaxıstanın xarici işlər naziri Ermek Koşerbayev Vyanaya səfəri zamanı ukraynalı həmkarı Andrey Sibiga ilə qısa görüş keçirib.
“Əminəm ki, KTK məsələsi də müzakirə olunub. Bu barədə əlavə şərh verməyəcəyik. Ukrayna ilə əlaqəni saxlayırıq və qapalı diplomatik kanallar vasitəsilə işi davam etdirəcəyik”, — deyə o, TASS-a bildirib.
Smadıyarov əlavə edib ki, tərəflər “səfirliklər səviyyəsində” işləməyə davam edir, lakin digər detallar hələ açıqlanmır.