10 dekabr 2025 08:09
81

ABŞ-da universitetdə atışma olub

Dekabrın 9-da ABŞ-nin Kentukki Universitetində baş verən silahlı insident nəticəsində bir neçə nəfər yaralanıb, hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

“İki sahil” xəbər verir ki,  bu barədə ştatın qubernatoru Endi Beşir "X" sosial şəbəkəsində yazıb.

"Biz Frankfortdakı universitetdə atışma barədə məlumatlıyıq. Hazırda bir neçə zərərçəkən məlumdur. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir, şübhəli şəxs saxlanılıb", - o yazıb.

Hadisənin başvermə səbəbi və zərərçəkənlərin səhhəti barədə hələ məlumat yoxdur.