10 dekabr 2025 08:14
81

Sudanda İl-76 hərbi təyyarəsi qəzaya uğrayıb

Sudanda hərbi İl-76 yük təyyarəsi qəzaya uğrayıb, bütün heyət üzvləri həlak olub.

“İki sahil” xəbər verir ki,  bu barədə "Agence France-Presse" (AFP) mənbəyə istinadən xəbər yayıb.  Agentlik adı çəkilməyən mənbəyə istinadən bildirib ki, İl-76 təyyarəsi texniki nasazlıq səbəbindən Qırmızı dənizdəki Port Sudanda "Osman Diqna" aviabazasına enişə cəhd etdikdən sonra qəzaya uğrayıb.

Mənbə həmçinin bütün heyət üzvlərinin həlak olduğunu açıqlayıb.

Ölənlərin dəqiq sayı açıqlanmır.