10 dekabr 2025 08:25
87

İlon Mask: Avropa Komissiyası ləğv edilməlidir

Amerikalı iş adamı və milyarder İlon Mask hesab edir ki, Avropa Komissiyası ləğv olunmalı və seçkili orqanla əvəz olunmalıdır.

“İki sahil” xəbər verir ki,  Mask bunu "X" sosial şəbəkəsindəki səhifəsində yazıb. "Avropa Komissiyası seçkili orqanın xeyrinə ləğv edilməli və Aİ prezidenti birbaşa seçilməlidir. Hazırkı sistem demokratik deyil, bürokratikdir", - paylaşımda qeyd olunub.