Donald Tramp administrasiyası ABŞ Dövlət Departamentinin işçilərinə rəsmi sənədlərdə "Times New Roman" şriftindən istifadə etməyə qayıtmağı əmr edib. Bununla da "Calibri" şriftindən imtina edilib.
“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.
Departament Co Bayden administrasiyası dövründə bu şriftə keçmişdi.
"Reuters" tərəfindən nəzərdən keçirilən dövlət katibi Marko Rubionun daxili qeydində "Calibri" şriftinə keçid "israfçı" tədbir adlandırılıb.
Dövlət katibinin sözlərinə görə, şrift dəyişikliyi daha bir israfçı proqramın ləğvini göstərir. Co Bayden administrasiyası tərəfindən qəbul edilən bu proqram dəfələrlə Donald Tramp tərəfindən tənqid olunub və o, onu qanunsuz və əxlaqsız adlandırıb.