Kiel Dünya İqtisadiyyatı İnstitutunun (IfW Kiel) məlumatına görə, bu il Kiyevə edilən hərbi yardım Ukraynada hərbi əməliyyatların başlamasından bəri ən aşağı səviyyə ola bilər.
“İki sahil” xəbər verir ki, İnstitutun veb saytında dərc olunmuş hesabatda qeyd olunur ki, Avropa müttəfiqləri sentyabr və oktyabr aylarında Ukraynaya cəmi 4,2 milyard avro ayırıblar ki, bu da Amerika yardımının itirilməsini kompensasiya etmək üçün kifayət deyil.
Hesabatda deyilir: "2025-ci ilin birinci yarısında rekord səviyyədən sonra Ukraynaya edilən hərbi yardım yayda kəskin şəkildə azalıb - bu tendensiya sentyabr və oktyabr aylarında da davam edib".