Rusiya müharibənin 1386-cı günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 669 təyyarəsi, 283 helikopteri, 101 513 PUA-sı, 639 zenit-raket kompleksi, 26 478 tank və digər zirehli texnikası, 1 628 reaktiv yaylım atəş sistemi, 31 830 artilleriya və minaatanı, 48 761 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.