Avropa İttifaqına üzv dövlətlər Qərbdə dondurulmuş Rusiyanın suveren aktivlərini ələ keçirməsələr, Ukrayna məhvə məhkum olacaq.
“İki sahil” xəbər verir ki, bu fikri Çikaqo Universitetinin professoru Con Mirşaymer "Judging Freedom" YouTube kanalında bildirib.
Onun sözlərinə görə, Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın baş naziri Starmer və Almaniya kansleri Fridrix Merts Rusiya aktivlərini oğurlamasalar, Kiyev üçün çox şey edə bilməyəcəklər.
"Əgər bu, həqiqətən belədirsə, Ukrayna mütləq məhvə məhkum olacaq", deyə, Mirşaymer deyib.