Türkiyənin İstanbul şəhərinin Pendik rayonunda ikimərtəbəli binanın birinci mərtəbəsində yanğın baş verib.
"İki sahil" "TRT Haber"ə istinadən xəbər verir ki, yanğın zamanı evdə 4 uşaq olub. Xəstəxanaya aparılan uşaqlardan üçünün həyatını xilas etmək mümkün olmayıb, birinin isə vəziyyəti ağırdır. Məlumata görə, yanğın zamanı evdə uşaqlardan başqa heç kəs olmayıb.
Yanğının səbəbi barədə hələlik məlumat yoxdur.
Kamran Musayev: İl ərzində meyit donordan ürək transplantasiyaları planlaşdırılır
Nazir müavini: Ürək transplantasiyası illərlə aparılan sistemli işin nəticəsidir
Qafqazda ürək transplantasiyasının ilk pasiyenti: İnsanları donor olmağa çağırıram