11 dekabr 2025 11:25
161

Xəzər Tibb Mərkəzində Travma Mərkəzi qurulacaq

“İlk növbədə pasiyent məmnunluğunun artırılması prioritet hədəfimizdir. Bunun üçün də Xəzər Tibb Mərkəzində yeni dializ xidmətinin təşkili, həmçinin Travma Mərkəzinin qurulması üçün işlərə başlamışıq və ümid edirik ki, qısa müddət kəsimində bu xidmətləri də tam hazır vəziyyətə gətirib vətəndaşlarımızın ixtiyarına verəcəyik”. 

“İki sahil” xəbər verir ki,  bunu Xəzər Tibb Mərkəzinə təşkil olunan mediaturda Mərkəzin direktoru Mübariz Ağayev deyib.

Onun sözlərinə görə, bütün bunlarla yanaşı, Xəzər Tibb Mərkəzində KT və MRT müayinələrinin, endoprotezləşmə və LOR əməliyyatlarının, laparoskopik cərrahiyyə, fakoemulsifikasiya (FAKO) xidmətlərinin istifadəyə verilməsi, habelə Reanimasiya şöbəsində çarpayı fondunun artırılması bizim əsas hədəflərimiz sırasındadır.