AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı və “Konstitusiya və Suverenlik İli” çərçivəsində qanvermə aksiyası təşkil edib.
“İki sahil” xəbər verir ki, könüllülük prinsipi əsasında təşkil olunan bu xeyirxah təşəbbüsdə “Azərpoçt”un xeyli sayda əməkdaşı iştirak edib. Aksiya Səhiyyə Nazirliyi Respublika Qan Bankının xüsusi tibb briqadası tərəfindən həkim-hematoloqların nəzarəti altında həyata keçirilib.
Qeyd edək ki, toplanan qan ehtiyatı laboratoriya şəraitində müayinə olunduqdan sonra talassemiya, hemofiliya və leykoz kimi xəstəliklərdən əziyyət çəkən şəxslərin müalicəsində istifadə ediləcək.
Bildirək ki, qan və qan komponentlərinin köçürülməsi hər il milyonlarla insanın həyatını xilas edir. Ölkəmizdə də talassemiyalı və digər hematoloji xəstəliklər səbəbilə qana ehtiyac duyan şəxslərin mütəmadi olaraq təminata ehtiyacı var. Sağlam və könüllü donorlar isə bu ehtiyacın yeganə mənbəyidir.
Dövlət Əmək Müfəttişliyi Xidməti Aparatının nümayəndələri üçün “İnformasiya əldə etmək hüququnun müdafiəsi” mövzusunda təlim keçirilib
Özünüməşğulluq proqramı çərçivəsində istehsal və xidmət istiqamətləri üzrə 28 zərf təqdim edilir