“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Mehman Veysəlov dekabrın 11-də Ağdaş Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Ağdaş rayonundan olan vətəndaşların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən "İki sahil"ə bildirilib ki, qəbul zamanı vətəndaşların müraciətləri əsasən işə qəbul, texnikaların lizinqə verilməsi və digər məsələlərlə bağlı olub.
Mehman Veysəlov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll olunması üçün aidiyyəti üzrə tapşırıqlar verib. Bəzi müraciətlər yerindəcə həllini tapıb, bir sıra məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Vətəndaşlarla görüş zamanı Mehman Veysəlov Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların bu sahədə çalışanların rifah halının yaxşılaşdırılması və ölkə üzrə kənd təsərrüfatının ümumi inkişafına mühüm təkan verdiyini vurğulayıb.
Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Sonra “Aqroservis” ASC-nin İdarə Heyətinin sədri rayonun Korarx kəndində fermer Məqsəd İsmayılovun intensiv meyvə bağlarına baş çəkib, bağda qış mövsümündə aparılan aqrotexniki qulluq tədbirləri ilə maraqlanıb, intensiv bağlarda tətbiq olunan texnikalar, müasir suvarma sistemlərinə verilən dövlət dəstəyi və digər mövzularda fermerlə fikir mübadiləsi aparıb.
Dövlət Əmək Müfəttişliyi Xidməti Aparatının nümayəndələri üçün “İnformasiya əldə etmək hüququnun müdafiəsi” mövzusunda təlim keçirilib
Özünüməşğulluq proqramı çərçivəsində istehsal və xidmət istiqamətləri üzrə 28 zərf təqdim edilir