ABŞ nümayəndələri dekabrın 13-də Avropada keçiriləcək Ukrayna üzrə görüşdə iştirak edə bilərlər.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib. "Onlar bizim iştirak etməyimizi istəyirlər. Nəticə əldə etmək üçün yaxşı şansımız olduğunu düşünsək, şənbə günü Avropadakı görüşdə iştirak edəcəyik. Biz çox vaxt itirmək istəmirik. Biz münaqişəni (Rusiya-Ukrayna müharibəsi - red.) nizama salmaq istəyirik", - o deyib.