Yaponiyanın şimal-şərqində yerləşən Aomori prefekturasının sahillərində 6,7 maqnitudalı zəlzələ qeydə alınıb.
"İki sahil" Milli Meteorologiya İdarəsinə istinadən xəbər verir ki, 1 metr hündürlüyündə sunami təhlükəsi var. Zəlzələnin ocağı 20 km dərinlikdə yerləşib.
Həmin ərazidə dekabrın 8-də 7,5 maqnitudalı zəlzələ baş vermiş, daha sonra hündürlüyü 70 sm-ə qədər olan sunami meydana gəlmişdi.