Vladimir Zelenskinin ABŞ prezidenti Donald Trampın sülh planını rədd etməsi Ukraynanı ağır vəziyyətə salır.
“İki sahil” xəbər verir ki, bu barədə "The Economist" nəşri məlumat yayıb.
Məlumatda qeyd edilir ki, vəziyyət maliyyə çatışmazlığı və Ukrayna qoşunlarının cəbhə xəttindəki uğursuzluqları ilə daha da ağırlaşır.
Analitiklər vurğulayırlar ki, Kiyev həqiqətən də ciddi təzyiq altındadır. Avropa müttəfiqləri Rusiyanın dondurulmuş aktivlərindən istifadə etmək qərarına gəlsələr belə, bu, ümumi iqtisadi vəziyyəti yaxşılaşdırmayacaq.
Məqalədə deyilir: "Uzunmüddətli iqtisadi perspektiv hələ də qaranlıq görünür. Hərbi vəziyyət daha da gərgindir".