14 dekabr 2025 10:13
132

Amerikanın "Electron" raketi YATA-nın "RAISE-4" adlı eksperimental peykini orbitə çıxarıb

Amerika istehsalı olan "Electron" raketi bazar günü Yaponiyanın Aerokosmik Tədqiqatlar Agentliyinin (YATA) yeni texnologiyaların sınağı üçün nəzərdə tutulmuş "RAISE-4" adlı eksperimental peykini uğurla orbitə çıxarıb.

“İki sahil” xəbər verir ki, bu barədə raketin istehsalçısı olan "Rocket Lab" şirkəti açıqlama yayıb. "Faydalı yükün orbitə çıxarılması təsdiqlənib", – deyə məlumatda qeyd olunub.

İki mərhələli "Electron" raketinin "Kick Stage Curie" sürətləndirici bloku ilə birlikdə "Raise and Shine" missiyası çərçivəsində buraxılışı Yeni Zelandiyanın Mahia yarımadasındakı "LC-1" start kompleksindən yerli vaxtla saat 16:09-da (Bakı vaxtı ilə 07:09-da) həyata keçirilib. Təxminən bir saat sonra peyk 540 km hündürlükdə nəzərdə tutulan orbitə çıxarılıb.

Qeyd olunub ki, "RAISE-4" aparatının bortunda Yaponiyanın özəl şirkətləri, universitetləri və elmi-tədqiqat institutları tərəfindən hazırlanmış 15 müxtəlif qurğu və avadanlıq nümunəsinin orbit sınaqları aparılacaq.