14 dekabr 2025 21:13
116

“Kəpəz” Yexlaxda “Qəbələ”ni məğlub edib

Misli Premyer Liqasında XV turun daha iki oyunu keçirilib.

“İki sahil” xəbər verir ki, “Kəpəz” Yexlaxda “Qəbələ”ni 1:0, “Qarabağ” isə evdə “Araz-Naxçıvan”ı 5:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, turun daha əvvəl təşkil edilən matçlarında "Şamaxı" "Zirə"ni (2:1), "Sabah" isə "Turan Tovuz"u (3:1) üstələyib.

XV tura dekabrın 15-də yekun vurulacaq.