Qadın həndbolçular arasında dünya çempionatının finalında Almaniya və Norveç milli komandaları qarşılaşıblar.
“İki sahil” xəbər verir ki, qarşılaşmada 23:20 hesabı ilə qalib gələn norveçli həndbolçular ilk dəfə dünya çempionu adını qazanıblar. Almaniya isə 32 il əvvəlki uğuru təkrarlamaq şansını əldən verib. Üçüncü yer uğrunda görüşdə Fransanın qadın idmançıları niderlandlı rəqiblərindən üstün olublar – 33:31.
Almaniyanın Niderland ilə birlikdə ev sahibliyi etdiyi çempionatda 32 komanda mübarizə aparıb.
Qeyd edək ki, qadın həndbolçular arasında dünya çempionatı iki ildən bir keçirilir. Növbəti çempionata 2027-ci ildə Macarıstan ev sahibliyi edəcək.