Bu gün Sumqayıt şəhərində 1 000 abonentin qaz təchizatında fasilə yaranacaq.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsindən bildirilib.
Məlumata görə, Sumqayıt şəhəri Ceyranbatan BTZ bağları ərazisində yerləşən diametri 89 mm olan qaz xəttində aşkar olunmuş sızmaların aradan qaldırılması məqsədilə təmir-bərpa işləri aparılacaq. Bununla əlaqədar olaraq, bu gün saat 13:00-dan etibarən qeyd olunan ərazidə 1 000 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.
Təmir işləri başa çatdırıldıqdan sonra qazın verilməsi mərhələli şəkildə bərpa olunacaq.
Britaniya səfirliyi AZAL təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı başsağlığı verib
ASAN İnnovativ İnkişaf Mərkəzinin “Süni intellekt savadlılığı” proqramı davam edir