25 dekabr 2025 18:28
99

"Moskva göz yaşlarına inanmır" filminin qəhrəmanı vəfat edib

Rusiya Xalq artisti Vera Alentova 83 yaşında vəfat edib.

“İki sahil” Rusiya KİV-nə istinadla xəbər verir ki, bu barədə A. S. Puşkin adına Moskva Dram Teatrından bildirilib.

KİV-in məlumatına görə, Alentova son bir neçə ay hipertonik ürək xəstəliyinin kəskinləşməsindən əziyyət çəkib.

Məşhur aktrisa həmkarı, "Tanrıların qısqanclığı" filmindəki tərəf müqabili Anatoli Lobotskinin dəfnində özünü pis hiss edib. Aktrisa təcili xəstəxanaya yerləşdirilib və orada vəfat edib.

Alentova kinoda 1965-ci ildə debüt edib. Onun ən məşhur kino işlərindən Vladimir Menşovun "Moskva göz yaşlarına inanmır" melodramında Katerina, Yuli Rayzmanın "Arzular vaxtı" dramında Svetlana Vasilyevna və Menşovun "Tanrıların qısqanclığı" melodramında Sonya obrazları yer alır.