26 dekabr 2025 11:57
100

On bir ayda sosial sahə üzrə 646 min elektron arayış verilib

Bu ilin yanvar-noyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 646 min elektron arayış verilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "İki sahil"ə verilən məlumata görə, son illər əmək, məşğulluq, sosial təminat, əlillik, reabilitasiya və digər sahələr üzrə geniş elektronlaşma proqramı çərçivəsində bir çox e-arayış xidmətləri yaradılıb.

Həmin e-xidmətlər vətəndaşlara iş yeri, əlillik, pensiya, müavinət, təqaüd, maddi yardım, ünvanlı yardım, dövlət tərəfindən mənzil və avtomobillə təmin edilmə, fərdi şəxsi hesab və s. barədə e-qaydada arayış əldə etməyə imkan yaradır.