26 dekabr 2025 23:58
94

Alça gül açdı, nənəli...

Vaxt vardı bu misralar cənub bölgəsində çayı yığımı zamanı qızların dilindən düşməzdi. İndi isə cənub mirvarisi Lənkəranda yaz-yay mövsümündə bar verən alça ağacın ikinci dəfə açdığı çiçəklər məhsula düşüb. Artıq alçalar yeməlidir. Bu nadir təbiət hadisəsi istər-istəməz adamın marağına səbəb olur.

Təbiət gözəlliyinə daha bir ahəng qatan ağac Lənkəranın Şağlaser kəndində 79 yaşlı Pənci Ağayevin həyətyanı sahəsində bitir. On yaşlı ağac bu il ikinci dəfə məhsul verməsi ilə ev sahibini təbiətin yaratdığı möcüzəyə heyran qoyub.

Marağımı görən Pənci kişi dedi:- Ağacın bol barına həmişə sevinmişəm. Amma onun qış fəslində yenidən bar gətirməsi qeyri haldır. Çiçələrini gördüm, qaldı ki, onların bu cür yeməli alça olmağına inamım gəlmirdi. Bir, iki gün ağac meyvəni saxlaya bilsə, yay fəslindəki dadını da verə bilər.

Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü