Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Ağalar Vəliyev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə seçicilərini, ağsaqqalları təbrik edib, şəhid, qazi və ahıl ailələrinə bayram sovqatları göndərib.
“İki sahil” xəbər verir ki, Ağalar Vəliyevin təşəbbüsü və maliyyə dəstəyi ilə bayramlar münasibətilə seçki dairəsi üzrə Xaçmaz rayonundan 1025 şəhid, qazi, əlil və aztəminatlı ailəyə, Ucar, Yevlax, Goranboy, Tərtər, Bərdə rayonlarından isə 255 ağsaqqala təbrik açıqcaları ilə birgə bütün zəruri ərzaq məhsullarından ibarət bayram sovqatları çatdırılıb. Təbrikdə bildirilib ki, artıq beşinci ildir xalqımız bu bayramları son 200 illik tariximizin ən parlaq səhifəsi və əbədi qürur mənbəyimiz olan şanlı Zəfərimizin doğurduğu qalibiyyət ovqatı və fəxarət hissi ilə qeyd edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsi və ondan sonrakı dövrdə Azərbaycan misilsiz hərbi, siyasi, diplomatik qələbələr qazanıb, müasir həyatımızın bütün sahələrində yüksək nailiyyətlər əldə edib.
Müstəqilliyinin ən qüdrətli dövrünə qədəm qoyan ölkəmiz qalib dövlət kimi tarixi Zəfərimizdən və Böyük Qayıdışımızdan irəli gələn yeni hədəflərin müəyyənləşdiyi əlamətdar dönəmini yaşayır.
Hər zaman olduğu kimi, Azərbaycan xalqı bu gün də qətiyyətlə inanır ki, keyfiyyətcə yeni strateji mərhələdə dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasəti ölkəmizin qüdrətinin daha da artmasına möhkəm zəmin yaradacaq.
Ağsaqqallar, şəhid və qazi ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun növbəti iclası keçirilib - FOTO
Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə birgə komissiyanın iclası keçirilib - FOTO
Anar Bağırov: 2025-ci il ərzində VK-nın Rəyasət Heyətinə 893 şikayət daxil olub