28 dekabr 2025 20:25
107

“Milan” və “Napoli” qələbə qazanıb

İtaliya A Seriyasında XVII turun oyunları davam edir.

“İki sahil” xəbər verir ki, “Milan” evdə “Verona”nı üç cavabsız qolla məğlub edib. “Napoli” isə səfərdə “Kremonese”dən üstün olub - 2:0.

Turnir cədvəlinə 35 xalla “Milan” başçılıq edir. Rəqibindən 1 xal geri qalan “Neapol” klubu ikinci pillədə qərarlaşıb.