28 dekabr 2025 22:45
89

Altıncı dəfə rapid üzrə dünya çempionu oldu

Norveçli qrossmeyster Maqnus Karlsen Qətərin paytaxtı Dohada keçirilən Dünya Rapid Çempionatının qalibi olub.

“İki sahil” xəbər verir ki,  norveçli 10,5 xal toplayaraq 6-cı dəfə turnirin qalibi olub. O, daha əvvəl 2014, 2015, 2019, 2022 və 2023-cü illərdə titul qazanıb.

Vladislav Artemyev (neytral olaraq oynayır) hindistanlı Arjun Erigaysi qabaqlayaraq ikinci yerə sahib çıxıb.

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov 9 xal toplayıb və 6-13-cü yerləri bölüşüb.