Almaniyanın Berlin şəhərinin Şpandau rayonunda çoxmərtəbəli yaşayış binasında güclü yanğın qeydə alınıb.
“İki sahil” xəbər verir ki, “Spiegel” qəzetinə istinadla xəbər verir ki, yanğının qarşısının alınması üçün 170-dək yanğınsöndürən cəlb olunub. Yanğın 9 saatlıq əməliyyatdan sonra söndürülüb. Hadisə ilə əlaqədar 60 sakin təxliyə edilib. Yanğın nəticəsində 3 nəfər xəsart alıb. Bir neçə mənzil yararsız vəziyyətə düşüb. Həmin binaların sakinləri yaxınlıqdakı hotellərə yerləşdiriliblər.
Hadisənin səbəbləri araşdırılır.