28 dekabr 2025 23:19
77

Mirzoyan: Azərbaycan benzinini almaq Ermənistan vətəndaşları üçün çox sərfəlidir

Azərbaycan benzinini almaq Ermənistan vətəndaşları üçün çox sərfəlidir, öyrənmişəm ki, növbələr də var.

“İki sahil” xəbər verir ki,  bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyada məlumat verib. "Sülh yaranıb, əməkdaşlıq cəhdləri var, amma bu o demək deyil ki, biz lazımi yolu başa vurmuşuq", - nazir bildirib.

Qeyd edək ki, Azərbaycan 22 vaqona yüklənmiş 1220 ton Aİ-95 benzini Gürcüstan-Ermənistan dəmir yolu vasitəsilə Ermənistana çatdırıb. Bu barədə razılaşma noyabrın 28-də Qəbələ şəhərində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev ilə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın görüşündə əldə olunub.